Belqrad. Trend:
Serbiya Respublikasında rəsmi səfərdə olan AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və birinci xanım MehribanƏliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında ÜmummilliLider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçinabidələrini ziyarət ediblər.
Trend-in xüsusimüxbirinin məlumatına görə, dövlətimizin başçısı abidələrin önünəəklil qoydu.