Quba rayonunda bədbəxt hadisə baş verib.
“Unikal” bildirir ki, Quba şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyərək həyatına son qoyub.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra məlum olacaq.