AZ

İspan futbolçu Qarabağ dan ayrılacaq? Ona təkliflər var

ain.az, Sportal.az saytına istinadən bildirir.

Son vaxtlarda “Qarabağ”ın aparıcı futbolçusuna çevrilmiş Joni Montielin Azərbaycanı tərk etmək variantı yaranıb.

Sportal.az saytına verilən məlumata görə, ispan futbolçuya bir çox ölkələrin klublarından təkliflər gəlib.

Montiel Çin,Türkiyə və Bolqarıstan klublarından təklifləri var. Ona ən çox maraq göstərən klublardan biri də Polşanın “Rakov”, “Lex” klublarıdır.

Hazırda ispan yarımmüdafiəçini heyətinə qatmaq istəyən klubları sayı çoxdur. Montielin isə bu təkliflər qarşısında hansı qərarı verəcəyi dəqiq deyil.

Əslində, “Qarabağ” onu buraxsa belə, yüksək təzminat tələb edə bilər. Məsələ burasındadır ki, Joninin Ağdam klubu ilə müqavilə müddəti 2+2 illikdir. 

Lakin ispan futbolçunun özü də mövsümün sonuna qədər "Qarabağ"da qalmağı planlaşdırır.

 

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
sportal.az

3Mənbələr