Azərbaycanın avtomobil yollarında fevralın 15-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Doğru.az xəbər verir ki, bu barədə “Report”a Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Məlumata əsasən, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti gözlənilir. Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.
Sürücülərə ehtiyatlı olmaq və sürət həddinə əməl etmək tövsiyə olunur.
DOĞRU.AZ