AZ

Serbiya və Azərbaycan iki dost ölkə olaraq daim bir-birinin yanındadır -

Serbiya və Azərbaycan iki dost ölkə olaraq daim bir-birinin yanındadır.Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə mətbuata birgə bəyanatında deyib. Prezident qeyd edib ki, Serbiya təbii sərvətlərinin olmamamasına baxmyaraq iqtisadi cəhətdən uğurla inkişaf edir:

"Mən Serbiya xalqını və sizi Serbiyanın Dövlətçilik Günü münasibətilə təbrik edirəm. Bu gün Serbiya təbii sərvətlərinin olmamamasına baxmyaraq iqtisadi cəhətdən uğurla inkişaf edir. Öz gücünə arxalanır. Xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymələndirilməlidir. Bizim təmaslarımız uzun illərdir davam edir. Dostluq münasibətlərimiz var. Biz Serbiyanın dostu kimi bunu yüksək qiymətləndirir və sevinirik".

Seçilən
74
metbuat.az

1Mənbələr