AZ

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

Sizin (Prezident Vuçiç – red.) rəhbərliyiniz altında Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir.

Seçilən
79
21
apa.az

10Mənbələr