AZ

Prezidentlər mətbuata bəyanatla çıxış etdi (YENİLƏNİB)

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

***

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Daha sonra hər iki ölkənin dövlət himni səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.

***

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

Dövlətimizin başçısı abidələrin önünə əklil qoyub.

***

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib.

***

Fevralın 15-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatla çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
4
qaynarinfo.az

10Mənbələr