AZ

Vinisiusun "Mançester Siti"yə keçməmək üçün şərtləri bəlli olub

"Real Madrid"in ulduz futbolçusu Vinícius Juniorun gələcəyi ilə bağlı ciddi suallar yaranıb.

Milli.Az xəbər verir ki, braziliyalı hücumçu müqavilə şərtləri qarşılanmasa, gələn yay klubdan ayrılmağa hazırdır.

"Mançester Siti" Viníciusa çox cəlbedici təklif təqdim edib və bu, futbolçunun müqaviləni uzatmaq əvəzinə sona qədər davam etdirməyi düşünməsinə səbəb olub.

"Real Madrid"in Viníciusu komandada saxlamaq üçün ona həftəlik 350 min avro maaş verməli olduğu bildirilir. Əgər Madrid klubu bu tələbi qəbul etməzsə, ulduz futbolçu "Mançester Siti"nin formasını geyinə bilər.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı klublarının bu transferdə rəqabət apara bilməsi üçün futbolçuya həftəlik təxminən 1,5 milyon funt maaş təklif etməli olacağı qeyd olunur. (Offsideplus.az)

Milli.Az

Seçilən
21
3
milli.az

4Mənbələr