AZ

ABŞ Suriyadakı hadisələrdən məmnundur - Rubio

"ABŞ müəyyən problemlərə baxmayaraq, Suriyadakı hadisələrin gedişatından məmnundur".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio deyib: "Bir neçə gün çox həyəcanverici idi, amma inkişaf istiqamətini bəyənirik. Eyni ruhda davam etməliyik. Yaxşı razılaşmalarımız var."

Eyni zamanda, ABŞ dövlət katibi əlavə edib ki, indi Suriya hakimiyyəti ilə narazı kütlə arasında razılaşma bağlamaq lazımdır və onun sözlərinə görə, bu, "asan olmayacaq".

Zeynəb Rzayeva

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr