Sabunçuda valideyn himayəsindən məhrum olmuş bir yaşyarımlıq körpə qəflətən vəfat edib. Bununla bağlı xəbər sosial şəbəkələrdə paylaşılıb. İddiaya görə, "Nur"sığınacaq evininin sakini olan Ömür Zeynov qızılca xəstəliyinə yoluxubmuş.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün Ömür Zeynovun qəfil halı pisləşib və vəfat edib.
İddiaya görə valideyn himayəsindən məhrum olan Ömürün ölümünə qızılca xəstəliyi səbəb olub.
Uşaq evinin yaşca böyük sakinlərindən öyrəndik ki, balaca Ömür bir neçə gün imiş soyuqlayıbmış. Ona uşaq evində ilkin yardım göstərilib, lakin nəticə olmayıb.
Həftəsonu olmasına baxmayaraq, uşaq evinin qapısını döyürük. Öyrənirik ki, müəssisə rəhbərliyi Ömür Zeynovun dəfnindədir.
Uşaq evinin direktoru Kazım İsmayılov da faktı təsdiqləyib və qeyd edib ki, hadisə baş verən an uşağın anası da orada olub:
Kazım İsmayılov qeyd edib ki, hadisə ilə bağlı Məhkəmə-Tıbbı Ekspertıza və Patolojı Anatomiya Bırlıyınin Sabunçu şöbəsinə müraciət olunub.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
"Nur" uşaq sığınacaq evi 2019-cu ildən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Hazırda sığınacağın 30-dan çox sakini var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.