Ağstafada 3 mərtəbəli villada yanğın başlayıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus 3 mərtəbəli villada yanğın başlayıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində hazırda işlər gedir.