AZ

“Fikret”ə ağır itki - FOTO

Tanınmış aktrisa Bennu Yıldırımlar atası Hikmet Yıldırımları itirməyin dərin kədərini yaşayır. O, sosial media hesabında duyğusal bir vida mesajı yayımlayaraq acısını izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, Bennu Yıldırımlar atasının vəfat xəbərini paylaşarkən onun şəxsiyyətinə və həyat prinsiplərinə olan heyranlığını bu sözlərlə ifadə edib:

"Bəşəriyyət naminə qəlbən inandığı prinsiplərindən heç vaxt güzəştə getməyən, jurnalistikasına və futbolçuluğuna dərindən bağlı olan, Nazim Hikmətin bir çox şeirini əzbərdən bilən, gözəl xatirələrinə və dostlarına hər zaman sadiq qalan, doğru olanı deməkdən çəkinməyən, ümidini itirmədən həyata davam etməyin ən gözəl nümunəsi oldun mənim üçün... Dostların üçün... Hər insan kimi tək idin və çox özəl idin."

Xəbərin ən təsirli məqamı isə Hikmet Yıldırımların vəfatının onun doğum gününə təsadüf etməsidir. 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
40
milli.az

1Mənbələr