AZ

Azarkeşlər prezident lojasına hücum etdi: Xüsusi təyinatlılar işə qarışdı

Moderator.az saytına istinadən ain.az xəbər verir.

“Marsel” azarkeşləri Fransa Liqa 1-də “Strasburq” ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra ciddi narazılıq nümayiş etdiriblər.

Moderator.az xəbər verir ki, “Velodrom” stadionunda baş tutan qarşılaşma zamanı fanatlar əvvəlcədən komandaya etirazlarını əks etdirən bir neçə banner açıblar. Lakin növbəti uğursuz nəticədən sonra vəziyyət daha da gərginləşib. Bir qrup azarkeş klub rəhbərliyinin yerləşdiyi prezident lojasına daxil olmağa cəhd edib, amma təhlükəsizlik əməkdaşları onların qarşısını alaraq vəziyyəti nəzarətdə saxlayıblar.

Daha sonra əraziyə Fransa polisinin xüsusi təyinatlı bölməsi olan CRS qüvvələri cəlb olunub. Onlar stadionun girişlərini bağlayaraq mümkün qarşıdurmaların qarşısını alıblar.

Buna baxmayaraq, “Marsel” azarkeşlərinin narazılığı açıq şəkildə hiss olunur və bu hadisə klub daxilində artan gərginliyin növbəti göstəricisi kimi qiymətləndirilir.

(publika)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
moderator.az

3Mənbələr