Serbiyanın paytaxtı Belqraddakı binalardan biri Azərbaycan və Serbiya bayraqlarının rəngləri ilə işıqlandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
"Belqrad bu gecə", - H.Hacıyev deyə yazıb və paylaşıma video da əlavə edib.