AZ

Vuçiç Zirədən danışdı: "Buradan ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir"

"Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir."

SİA-nın məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.

Mətləb

Seçilən
22
25
sia.az

10Mənbələr