AZ

Köhnə çörəkdən pendirli börək resepti

Bu reseptlə qurumuş, köhnəlmiş çörəkləriniz yumşaq və ləzzətli bir börəyə çevriləcək. Səhər yeməyi və ya çay saatları üçün mükəmməl seçimdir.

Moderator.az lazım olan məhsulları təqdim edir:
Çörək: 1-1.5 ədəd köhnə çörək (doğranmış).

Sousu üçün:

2 ədəd yumurta.

2 stəkan süd.

Yarım stəkan duru yağ.

1 paket qabartma tozu.

Bir çimdik duz.

İçlik üçün:

1 kasa ağ pendir və ya lor pendiri (çəngəllə əzilmiş).

Yarım dəstə xırda doğranmış cəfəri.

Üzəri üçün: Sürtgəcdən keçirilmiş holland pendiri və qaraçörəkotu/küncüt.

Hazırlanma qaydası:
Köhnə çörəkləri kiçik kublar şəklində doğrayın.

Geniş bir qabda yumurta, süd, duru yağ, qabartma tozu və duzu yaxşıca çalın. Doğradığınız çörək kublarını bu sousun içərisinə əlavə edin və çörəklər mayeni tam çəkənə qədər yaxşıca qarışdırın.

Soba qabını (listi) kərə yağı ilə yağlayın. Souslu çörək qarışığının yarısını qaba yayın. Üzərinə cəfəri ilə qarışdırılmış pendir içliyini hər tərəfə bərabər şəkildə səpin. Sonra qalan çörəkli qarışığı pendirlərin üzərinə töküb hamarlayın.

Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada üzəri bir az rəng alana qədər (təxminən 20-25 dəqiqə) bişirin. Sobadan çıxarmağa 5 dəqiqə qalmış üzərinə holland pendiri rəndəsi və qaraçörəkotu səpin. Pendir əriyib qızaranda börəyiniz hazırdır.

Çörəkləriniz çox qurudursa, sousun içində 10-15 dəqiqə gözlətməyiniz tövsiyə olunur.

İçliyə pendirlə yanaşı xırda doğranmış sucuk və ya zeytun da əlavə edərək dadı zənginləşdirə bilərsiniz.

 

(milli.az)

Seçilən
33
1
moderator.az

10Mənbələr