Odessada kişi cəbhəyə getməmək üçün öz əlini “bolqarka” ilə kəsməyə çalışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Odessada bir kişi hərbi xidmətdən və cəbhəyə göndərilməkdən yayınmaq üçün dəhşətli bir addım atıb. O, elektrikli mişarla (“bolqarka”) əlini kəsməyə cəhd edərək özünə ağır xəsarət yetirib.
Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçilər bu cür ağır xəsarətin belə onu hərbi xidmətdən xilas etməyəcəyini və bu hərəkətin mənasız olduğunu vurğulayırlar.
Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı
İnterpress.az