ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ dövlət Katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Qrenlandiya ilə bağlı danışıqların irəliləyişini müsbət qiymətləndirib.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Slovakiyanın Baş naziri Robert Fitso ilə Bratislavada görüşün yekunlarına dair birgə mətbuat konfransında verib.
"Proses yaxşı gedir. Biz onlarla əlaqə saxlayırıq. Yaxşı trayektoriya ilə getdiyimizə dair müsbət və nikbin münasibətim var", - Rubio Münhen Təhlükəsizlik Konfransında Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Fredrik Nilsen ilə görüşü barədə şərh vermək istəyinə cavab olaraq bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.