Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı baş tutub.
Söhbət zamanı Ərdoğanın fevralın 17-də BƏƏ-yə nəzərdə tutulan səfərinin ən-Nəhyanın səhhətində yaranan problem səbəbindən təxirə salındığı məlum olub.
Türkiyə lideri həmkarının tez bir zamanda sağalmasını arzu edib və səfərin qarşılıqlı olaraq ən uyğun zamanda baş tutacağı bildirilib.
Mətləb