Baş hakim Federiko La Penna İtaliya çempionatının 25-ci turunda keçirilən “İnter” – “Yuventus” (3:2) matçında verdiyi qərara görə bir ay müddətinə kənarlaşdırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, italyan hakimliyinin rəhbərliyi La Pennanın “qoca sinyora”nın müdafiəçisi Pyer Kaluluyə 42-ci dəqiqədə Milan klubunun müdafiəçisi Alessandro Bastoniyə qarşı qayda pozuntusuna görə ikinci sarı vərəqə göstərməsi qərarını səhv hesab edir.