AZ

İtaliyada miqrant uşağı QAÇIRMAQ İSTƏDİ: Körpənin ayağı SINDI – VİDEO

İtaliyada miqrant uşağı anasının əlindən qaçırmaq istəyərkən ayağını qırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya KİV-ləri məlumat yayıb.

İtaliyada mağazaların birində dəhşətli hadisə baş verib. Bir nəfər miqrant mağazadakı müştərilərə hücum edərək, bir yaş yarımlıq qız uşağını anasının əlindən zorla qoparmağa çalışıb.

Cinayətkarın azyaşlını qaçırmaq niyyətində olduğu bildirilir.

Uşağın anası böyük şücaət və qətiyyət göstərərək cinayətkara müqavimət göstərib.

O, körpəsini cinayətkarın əlindən verməyərək onun hadisə yerindən qaçmasına imkan verməyib. Lakin baş verən əlbəyaxa mübarizə və gərginlik zamanı azyaşlı ciddi xəsarət alıb.

Tibbi müayinə zamanı uşağın ayağının qırıldığı məlum olub.

Hadisəni törədən şəxs saxlanılaraq polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr