AZ

Son 12 ildə bu olmamışdı: Onlar üçün yeni şans açıldı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

2026-cı il Buğa bürcü üçün son 12 ilin ən uğurlu dövrü ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyalı astroloq Vasilisa Volodina məlumat paylaşıb  Onun sözlərinə görə, bu proqnoz astrologiyada şans və genişlənmə planeti hesab edilən Yupiterin nadir və güclü mövqeyi ilə bağlıdır.

Astroloq vurğulayır ki, söhbət sadəcə “ümumi şans”dan deyil, real və nəzərəçarpan dəyişikliklərdən gedir. İlin əvvəlindən etibarən Buğa bürcünün nümayəndələri yeni iş təklifləri, perspektivli layihələr və onların xeyrinə işləyəcək gözlənilməz təsadüflərlə qarşılaşa bilərlər.

Xüsusilə karyera və maliyyə sahəsində durğunluq yaşayan layihələrin hərəkətə keçəcəyi, təşəbbüslərə dəstək verəcək tərəfdaş və ya investorların ortaya çıxacağı bildirilir.

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr