AZ

Antarktidada quş qripi təhlükəsi

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Antarktidada quşların kütləvi sürətdə ölümü qeydə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, materikdə fəaliyyət göstərən bir neçə beynəlxalq stansiya məlumatı təsdiqləyib.

Bioloqların bildirdiyinə görə, quşların ölümünə səbəb quş qripidir. 2023 və 2024-cü illərdə 50-dən çox cənub qütb skuası məhz H5N1 virusunun qurbanı olub. Daha sonra bir neçə ölmüş  qağayıda da quş qripi aşkarlanıb. Ölüm halları ötən il də təkrarlanıb.

Qeyd edək ki, cənub qütb skuası Antarktidanın ekosistemində mühüm rol oynayır. Onların yoluxması virusun daha geniş ərazilərə yayılmasına səbəb ola bilər ki, alimlər də bunun qarşısını almağa çalışırlar.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
525.az

1Mənbələr