AZ

"Guardian": Starmerin milli təhlükəsizlik üzrə müşaviri istefa verə bilər

Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilin sonuna qədər istefa verməyi düşünür.

"Far.Az" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pauell həmçinin Kir Starmerin Aparat rəhbəri olmaq təklifini rədd edib. Bu vəzifə, pedofil, amerikalı maliyyəçi Ceffri Epşteynlə keçmiş dostluğu barədə məlumatların ictimaiyyətə açıqlanmasına baxmayaraq, Peter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ilə bağlı qalmaqal fonunda istefa verdikdən sonra boş qalıb.

Məqalədə bildirilir ki, Pauellin Toni Bleyerin 10 illik baş nazirliyi (1997-2007) dövründə tutduğu eyni vəzifəyə qayıtmaqda marağı yoxdur.

"The Guardian" qeyd edir ki, Pauell hazırkı Baş nazirin xarici siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Xüsusilə, o, Ukraynaya yardım göstərmək üçün "İstəklilər koalisiyası"nın bir hissəsi olaraq Avropa liderləri ilə əlaqələndirmə işinə cavabdehdir. Mətbuatın məlumatına görə, Pauell həmçinin Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhət verib.

Nəşr hazırkı milli təhlükəsizlik müşavirinin mümkün istefasını Starmerin komandasında daha bir əsas oyunçunun itkisi adlandırır. Maksuinidən əlavə, son bir həftə ərzində Starmerin ictimaiyyətlə əlaqələr üzrə direktoru Tim Allan və Dövlət Qulluğu Xidməti və Nazirlər Kabinetinin katibi Kris Vormald da hökuməti tərk ediblər.

Seçilən
93
2
far.az

7Mənbələr