AZ

Bugündən Bakının çətin günləri başlayır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bakıda 16 fevraldan etibarən yollarda ciddi sıxlıq gözlənilir. Söhbət xüsusilə bazar ertəsi səhər saatlarından gedir.Demokrat.az xəbər verir ki, tələbələrin qış məzuniyyəti 14 fevralda başa çatıb. Ali təhsil müəssisələrində dərslərin bərpası paytaxtda nəqliyyat axınına birbaşa təsir göstərəcək. Artıq həftənin ilk iş günündən etibarən avtobus və metro stansiyalarında, eləcə də əsas magistral yollarda sərnişin sayında artım gözlənilir.Ənənəvi olaraq pik saatlarda müşahidə edilən tıxacların bu dəfə daha intensiv olacağı ehtimal edilir. Xüsusilə paytaxtın mərkəzi istiqamətlərində, ali məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkətində çətinlik yarana bilər.Sürücülərə yola çıxmazdan əvvəl vəziyyəti nəzərə almaq tövsiyə olunur.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
160
demokrat.az

1Mənbələr