AZ

Maşınlarda start stop sistemi dövrü sona çatır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə qəbul edilmiş “Təhlükə Təsbiti” qərarını ləğv edib. Həmin sənəd Barack Obama dövründə istixana qazlarının insan sağlamlığı üçün təhlükə yaratdığını tanıyır və ölkədə avtomobil, enerji və sənaye sektorunda sərt emissiya standartlarının hüquqi əsasını təşkil edirdi.Demokrat.az xəbər verir ki, qərarın ləğvi bir çox avtomobil istehsalçısının üzərindəki təzyiqi azaldır. Xüsusilə start-stop sistemi kimi yanacaq qənaətinə xidmət edən texnologiyalar bu addımdan təsirlənə bilər. Start-stop sistemi hələ qadağan olunmasa da, standartlar yumşaldıqca bəzi modellərdə opsional edilə və ya tam ləğv oluna bilər.Ağ Ev Trampın addımını “ABŞ tarixində ən böyük derequlyasiya” adlandırıb. Bildirilib ki, dəyişiklik avtomobil istehsalçıları üçün xərcləri hər maşına görə 2 400 dollar azaldacaq və qiymətlərin enməsinə səbəb olacaq. Ümumi qənaətin 1 trilyon dolları keçəcəyi iddia olunur.Tramp Oval Ofisdə çıxış edərək qərarı “Amerika avtomobil sənayesinə zərər vuran, amerikalı istehlakçı üçün isə fəlakətli Obama siyasəti” adlandırıb. Eyni zamanda Demokratların “Yaşıl Yeni Dolandırıcılıq” proqramını sərt tənqid edib.Keçmiş Prezident Barak Obama isə qərarın amerikalıları daha az təhlükəsiz və sağlam edəcəyini bildirib. Onun sözlərinə görə, bu addım iqlim dəyişikliyi ilə mübarizəni zəiflədəcək və fosil yanacaq sənayesinə üstünlük qazandıracaq.Ekoloji təşkilatlar isə qərarı iqlim siyasətində ən ciddi geri addım adlandırır, məhkəməyə müraciət etməyə hazırlaşır və hesab edirlər ki, emissiya standartlarının zəiflədilməsi əlavə yanacaq xərclərinə, minlərlə erkən ölümə və milyonlarla əlavə astma halına səbəb ola bilər.Hüquqşünaslar isə məsələni ABŞ Ali Məhkəməsinə qədər gedə biləcəyini, və qərarın orada qüvvədə qalması halında gələcək administrasiyaların iqlim siyasətini əvvəlki səviyyəyə qaytarmasının çətinləşəcəyini bildirirlər.Beləliklə, start-stop və digər yanacaq qənaət texnologiyalarının taleyi indi həm hüquqi, həm də istehsalçının seçimində həlledici olacaq.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
demokrat.az

1Mənbələr