AZ

Kim deyir ki, ABŞ NATO-dan çıxacaq?

Yazını böyüt
Yazını kiçilt

ABŞ NATO-dan çıxmağı planlaşdırmır.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, minlərlə amerikalı hərbçi alyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir:

“Biz NATO-nu tərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər və bu, əvvəllər də baş verib”.

Dövlət katibi əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyans daxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir və Avropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismində görmək niyyətindədir.

Seçilən
33
9
hafta.az

10Mənbələr