AZ

Starmerin müşaviri Conatan Pauell istefa verə bilər

Starmerin

Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell ilin sonuna qədər istefa verməyi düşünür.

Bu barədə “The Guardian“ mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Pauell Kir Starmerin aparat rəhbəri olmaq təklifini də rədd edib.

“The Guardian“ qeyd edir ki, Pauell hazırkı baş nazirin xarici siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. O, xüsusilə Ukraynaya yardım göstərmək üçün "İstəklilər koalisiyası"nın bir hissəsi olaraq Avropa liderləri ilə əlaqələndirmə işindən cavabdehdir.

Seçilən
18
5
xalqcebhesi.az

7Mənbələr