AZ

İtaliyanın cənubunda yerləşən “Aşiqlər Kəməri” əlverişsiz hava şəraiti səbəbindən dağılıb

İtaliyanın cənubunda, Adriatik dənizi sahilində yerləşən və “Aşiqlər Kəməri” kimi tanınan qayalıq güclü hava şəraiti nəticəsində çöküb.

Editor.az yerli Corriere Salentino nəşrinin məlumatına istinadla xəbər verir ki, Maurizio Cisternino, **Melendugno Bələdiyyəsi**nin meri, baş verən fırtınanın unikal təbii mənzərəyə ciddi ziyan vurduğunu bildirib. O, hadisəni regionun imicinə və turizm potensialına dəyən ürəyə vurulan zərbə kimi qiymətləndirib.

Məqalədə qeyd olunur ki, son günlər yağan güclü yağışlar, şiddətli küləklər və fırtına dalğaları sahil xəttinə böyük ziyan vurub. Belə hava şəraitində güclü küləklər dəniz suyunu sahilə doğru itələyir, su səviyyəsinin qəfil yüksəlməsinə və dağıntılara səbəb olur. “Aşiqlər Kəməri” ilə yanaşı, çimərlik infrastrukturu da dağılıb, qayalıqların bəzi hissələrində isə uçqunlar baş verib. Səlahiyyətli qurumlar əlavə çökmə ehtimalını da istisna etmirlər.

Yayımlanan xəbərdə həmçinin bildirilir ki, Melendugno Bələdiyyəsi sahil eroziyasının qarşısının alınması üçün 4,5 milyon dollar dəyərində layihə təklif edib. Lakin maliyyə çatışmazlığı səbəbindən layihə qəbul olunmayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
78
editor.az

1Mənbələr