AZ

Bu sərnişinlərə ömürlük uçuş qadağan edildi

Britaniyanın Jet2 aviaşirkəti, cümə axşamı günü Mançesterə uçan təyyarədə dalaşan və nəticədə təyyarənin istiqamətini dəyişməyə məcbur olan iki sərnişinin uçuşunu ömürlük qadağan etdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, aviaşirkətin verdiyi məlumata görə, hadisə Türkiyənin Antalya şəhərindən uçan təyyarədə baş verib. Dava səbəbi hələlik məlum deyil.

Hadisə nəticəsində, təyyarənin marşrutu dəyişdirilərək Belçikanın paytaxtı Brüssələ yönləndirilib. Aviaşirkət, təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıldığını bildirib. Sərnişinlərə ömürlük qadağa qoyulub və onlar gələcəkdə bu aviaşirkət vasitəsilə uçuş edə bilməyəcəklər.

Seçilən
132
veteninfo.az

1Mənbələr