Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ ilə danışıqların yeni mərhələsinin keçiriləcəyi Cenevrə şəhərinə yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov bildirib.
O, teleqram kanalında yazıb: "Cenevrəyə gedərkən. Növbəti danışıqlar mərhələsi qabaqdadır". Budanov həmçinin müavini Sergey Kislitsa və Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski ilə şəklini də paylaşıb.
Aynur Babazadə