AZ

The Telegraph: “Leyborsitlər Starmerə əvəz tapıblar”

AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, hakim Leyboristlər Partiyasının keçmiş böyük müşaviri Pol Sinkler jurnalistlərə açıqlamasında belə deyib.

Sinkler həmçinin baş nazirliyə digər mümkün namizəd kimi, güclü yaxşı reputasiyaya və güclü natiqlik məharətinə malik olan Əfqanıstan müharibəsi veteranı, müdafiə nazirinin müavini Alister Karnsı dagöstərib.

“Leyboristlər Partiyasının daxilindəki üsyançılar müdafiə naziri Con Hilini “birlik namizədi” kimi Kir Starmerlə liderliyə meydan oxumağa sövq edir”, – mənbələrə istinad edən “The Telegraph” yazır.

Qalmaqallar Kir Starmeri təqib edir
Məlumatda bildirilir ki, hakim partiyanın həm sağ, həm də sol fraksiyalarının getdikcə daha çox üzvü Con Hilinin namizədliyini dəstəkləməyə hazırdır.

- İnsanlar bir müddət Con Hili haqqında sakitcə danışırdılar, amma indi onun haqqında daha açıq fikir söyləyirlər. Hili siyasi baxımdan zirəkdir, səlahiyyət sahibidir. O, sözün əsl mənasında, onilliklərdir ki, nəzərə çarpmadan işləyir və nifaq yaratmır”,- qəzet mənbələrindən biri vurğulayıb.

Partiyada düşünürlər ki, Hilinin baş nazir vəzifəsinə təyin edilməsini Böyük Britaniyanın beynəlxalq tərəfdaşları alqışlayacaq, çünki onun müdafiə nazirliyinin rəhbəri kimi dünya səhnəsində sübut olunmuş təcrübəsi var.

Bundan əlavə, Leyboristlər Partiyasının daha çox üzvü Kir Starmerin əsas rəqiblərindən biri olan səhiyyə naziri Ues Stritinqi“çox toksik”şəxs kimi qiymətləndirirlər. Digər namizəd, keçmiş baş nazirin müavini Angela Rayner isə əvvəlki vəzifəsini itirməsinə səbəb olan vergi pozuntularına görə zəif fiqur sayılır.

Daha əvvəl mediada yayılan xəbərlərdə Ceffri Epşteyn qalmaqalı fonunda Starmerin istefa verməyi müzakirə etdiyi bildirilib. Bəzi leyborist deputatlar da bundan əvvəl onun istefasını tələb etmişdilər.

“YouGov” şirkətinin hələ fevralın 9-da yayımladığı sorğunun nəticələrinə əsasən, britaniyalıların 60%-dən çoxu Starmerin ilin sonuna qədər baş nazir vəzifəsində qala bilməyəcəyinə inanır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
104
1
azvision.az

2Mənbələr