AZ

“Zirə” Rəşad Sadıqovun başçılığı altında yubiley qələbəsini qazanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 fevral, AZƏRTAC

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib. “Qartallar” Misli Premyer Liqasının XX turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağına çıxan komanda 100-cü dəfə qələbəyə sevinib. Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
7
azertag.az

10Mənbələr