AZ

Yeganə Hacıyeva:"Emin Hüseynovun borcunu niyə İsveçrə ödəmişdi?"

"Xatırlayıram ki, Emin Hüseynov İsveçrənin Azərbaycandakı səfirliyində 10 ay gizləndikdən sonra onun ölkədən çıxarılması üçün İsveçrə höküməti Azərbaycan hökuməti ilə danşıqlara keçmişdi. 

İsveçrənin "Tagesanzeiger" saytı həmin vaxt yazdığı xəbərə görə, Emin Hüseynov Azərbaycanı İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə tərk edib. 

Nəşr həm də yazırdı ki, Hüseynovun  azad edilməsi İsveçrə hökumətinə bütün diğər kənar xərclərdən başqa , təxminən 200.000 azn məbləğində vergi borcunun ödənilməsi hesabına başa gəlib.

Yəni İsveçrə hökuməti  İsveçrə vergi ödəyicilərinin hesabına xaricdə uzun illər qrant alıb, vergisini ödəməyən birinin vergi borclarını bağlamışdı". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu politoloq Yeganə Hacıyeva deyib. 

O bildirib ki, əvəzində Emin Hüseynov İsveçrə hökuməti qarşısında Azərbaycan vətəndaşlığından imtina etmək kimi öhdəlik də götürmuşdü:

"Məsələnin absurdluğu həm də onda idi ki,  İsveçrə höküməti Azərbaycan hökümətindən bu faktın gizli qalmasını xahiş etmişdi. 

İndi məncə,  İsveçrənin Bakıdakı səfirliyindən soruşmaq lazımdır ki, Emin Hüseynovun hansı xidmətlərinə görə onun vergi borcları İsveçrənin vergi ödəyicilərinin hesabına ödənilmişdi ? 

Emin Hüseynovun karyerasında və sonrakı fəaliyyətində İsveçrə dövlətinin  rolu hansıdır?"  

"Cebheinfo.az"

Seçilən
20
7
cebheinfo.az

8Mənbələr