AZ

“Taliban” İrana ümid verdi: ABŞ hücum etsə, kömək olacaq, amma...

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ABŞ-ın hücumu halında İrana yardım və dəstək göstərməyə hazırdır, lakin ABŞ-la müharibədə iştirak etmək niyyətində deyil.

Publiika.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.

Nəşr hərəkatın sözçüsü Zəbihullah Mücahidin sözlərini sitat gətirib: "ABŞ-ın ölkəyə zərbələri halında “Taliban” İran İslam Respublikasına yardım və dəstək göstərəcək".

Mücahid Əfqanıstan xalqının "rəğbət göstərəcəyini və bəlkə də İranın xahişi ilə əməkdaşlıq edəcəyini" söyləyib, lakin o, bunun avtomatik olaraq “Taliban”ın "ABŞ-a qarşı qisas müharibəsində" iştirakına səbəb olmayacağını vurğulayıb.

Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsinin çərşənbə axşamı Cenevrədə keçirilməsi gözlənilir.

Seçilən
100
publika.az

1Mənbələr