AZ

Ötən həftə 191 yanğın baş verib Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən həftə ölkədə 191 yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ötən həftə ərzində həmçinin 39 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 50 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 39 nəfər təxliyə olunub, hadisələr zamanı 6 nəfər həyatını itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
14
qafqazinfo.az

10Mənbələr