Bu ilin yanvar ayında DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,4 faiz olub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.