AZ

BƏƏ Azərbaycanla kənd təsərrüfatı üzrə yol xəritəsi hazırlayacaq

Bakı. Trend:

BƏƏ və Azərbaycan, ortaq rifah və iqtisadi artım baxımından eynibaxışı bölüşən, çox strateji münasibətlərə malikdir. Bumünasibətlərin mərkəzində isə 2025-ci ildə yaxın zamanda imzalanmışHərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi – CEPA dayanır. Bu saziş budəyirmi masadan və bugünkü tədbirdən irəli gəlməsini istədiyimizçoxsaylı əməkdaşlıqlar üçün möhkəm təməl yaradan güclükatalizatordur.

Trend xəbərverir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlimDəyişikliyi və Ətraf Mühit naziriAmna Aldahak Al Shamsi bu günBakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzardəyirmi masasında deyib.

O bildirib ki, BƏƏ ərzaq təhlükəsizliyi sahəsində proaktiv vəçoxşaxəli yanaşmanı təşviq edir, innovasiyaları, yüksəktexnologiyaları və təsirli beynəlxalq əməkdaşlığı dəstəkləyir:

"Bu gün masa ətrafında keçirdiyimiz görüşlərdə və artıqbaşlanmış biznes görüşlərində formalaşdırmaq və inkişaf etdirməkistədiyimiz əməkdaşlıq da məhz buna xidmət edir.

BƏƏ iqlim baxımından çətin, quraq bir coğrafiyada yerləşsə də,biz kənd təsərrüfatı reallığımızı ən müasir texnologiyalar, yüksəktexnoloji həllər və süni intellekt vasitəsilə transformasiya etməyəçalışırıq. BƏƏ-nin bir çox sahədə təşviq etdiyi bu yanaşmaaqrar-ərzaq sektoruna da şamil olunur.

BƏƏ-nin 2051-ci ilədək Milli Ərzaq Təhlükəsizliyi Strategiyasımövcuddur. Bu strategiya yerli səviyyədə daha dayanıqlı ərzaqistehsalının yaradılmasını, eyni zamanda beynəlxalq əməkdaşlıqlarvasitəsilə qlobal miqyasda daha dayanıqlı ərzaq təchizatızəncirinin formalaşdırılmasını hədəfləyir".

"Bu əməkdaşlıqdan gözlədiyimiz əsas nəticə, AZPROMO-dakıhəmkarlarımızla birlikdə izləyə biləcəyimiz, irəliləyişiniqiymətləndirəcəyimiz strukturlaşdırılmış bir yol xəritəsininhazırlanmasıdır. Bu yol xəritəsində konkret mərhələlərmüəyyənləşdiriləcək, bugünkü müzakirələrdən doğan təşəbbüslərinicrası və inkişafı qiymətləndiriləcək. Beləliklə, bu gün başlayandialoqların yaxın gələcəkdə real nəticələrə və praktik icrayaçevrilməsini təmin edəcəyik. Hər iki ölkə bu əməkdaşlığınqurulmasına və reallaşdırılmasına sistemli şəkildə yanaşır.

Biz bu müzakirələrin nəticəsi olaraq hökumətlərarası vəbizneslərarası əməkdaşlığın gücləndirilməsini təmin edəcəyik.BƏƏ-dən olan nümayəndə heyəti olduqca genişdir: hökumətnümayəndələri, milli şirkətlər, özəl sektor, pərakəndə ticarət vəərzaq sənayesi təmsilçiləri bu heyətdə yer alır", - nazir qeydedib.

"Biz bunu real layihələrə çevriləcək çoxsaylı əməkdaşlıqlar üçünbaşlanğıc nöqtəsi kimi görürük. Hökumətin rolu bu dialoquasanlaşdırmaq, lazımi dəstəyi təmin etməkdir. Məhz buna görəstrukturlaşdırılmış yol xəritəsi çox vacibdir ki, müzakirələrikonkret fəaliyyət planlarına, real təsirə və biznes imkanlarınaçevirə bilək.
Azərbaycanla davam edən ikitərəfli münasibətlərimiz və bu masaətrafında toplanmış birgə təcrübə bu imkanların yaradılması, həriki ölkə üçün ortaq rifahın və ərzaq təhlükəsizliyiningücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın vəBƏƏ-nin güclü tərəflərindən yararlanaraq uzunmüddətli, səmərəli vədavamlı bir tərəfdaşlıq qurmaq niyyətindəyik", - nazir fikriniyekunlaşdırıb.

Seçilən
118
4
az.trend.az

10Mənbələr