AZ

Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var - Yusif Abdullayev

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında biznesəlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Trend xəbərverir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların TəşviqiAgentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu günBakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzardəyirmi masada deyib.

"Tədbirlərin ölkənin tanıdılması və təşviqi baxımından çox vacibrol oynadığını düşünürəm. Bugünkü görüş bizim üçün xüsusi əhəmiyyətdaşıyır. Çox məmnunuq və bunu böyük məmnuniyyətlə qeyd edirik.

Biz Azərbaycan Respublikasında Zati-aliləri xanım naziri vəonunla birlikdə gələn şirkət nümayəndələrini qəbul edirik. Qeydetmək istərdim ki, nümayəndə heyəti kifayət qədər genişdir:Birləşmiş Ərəb Əmirliklərindən 25 nəfərlik nümayəndə heyəti,çoxsaylı şirkətlər, həmçinin bizim tərəfdən 16 şirkət və ümumilikdə20-dən artıq nümayəndə iştirak edir", - icraçı direktorbildirib.

"Bu gün səhər saat 09:30-dan etibarən B2B görüşlərinəbaşlamışıq. Hesab edirəm ki, bu görüşlər şirkətlərə qarşılıqlıünsiyyət qurmaq, bir-birini yaxından tanımaq və potensialəməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradır", -o qeyd edib.

Seçilən
71
1
az.trend.az

2Mənbələr