AZ

BƏƏ Azərbaycanla kənd təsərrüfatı üzrə yeni əməkdaşlıq imkanlarını araşdırır (ÖZƏL)

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanla heyvandarlıq vəkənd təsərrüfatı sahələri üzrə yeni əməkdaşlıq üçün mövcudpotensialı araşdırır.

Bunu Trend-əaçıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyivə Ətraf Mühit Nazirliyinin İqtisadiyyat departamentinin direktoruDahi Yusif Əl-Mansuri deyib.

"Biz bura Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasındaərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində mövcud imkanlarıaraşdırmaq üçün gəlmişik. Məqsədimiz iki ölkə arasında ixrac vəidxal imkanlarını dəyərləndirmək, qarşılıqlı faydanı necə artırabiləcəyimizi müəyyənləşdirməkdir. Bununla bağlı konkret planlar vəinvestisiya imkanları da bizi maraqlandırır", - o bildirib.

Nazirlik rəsmisi vurğulayıb ki, əsas maraq dairələriheyvandarlıq və kənd təsərrüfatı sahələridir:

"Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq üçün mövcud potensialıöyrənmək istəyirik. Ola bilsin ki, ölkəmizin bəzi məhsullarıAzərbaycan bazarı üçün maraqlıdır, yaxud əksinə, Azərbaycanınməhsulları bizim üçün cəlbedici ola bilər.

Biz bu səfərə məhz bu məqsədlə başlamışıq və Azərbaycanla hansısahələrdə və necə əməkdaşlıq edə biləcəyimizi araşdıracağıq".

Seçilən
63
1
az.trend.az

2Mənbələr