AZ

Medi Hall da əməliyyat olunan qadın öldü Prokurorluq araşdırmaya başladı (YENİLƏNİB)

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.

***

11:07

Paytaxtın Binəqədi rayonunda yerləşən “Medi Hall” klinikasında ölüm halı baş verib.

"Unikal" xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Nigar İsmayılova sözügedən klinikadan bədən şəkilləndirmə cərrahiyyə əməliyyatı olunub. Fevralın 13-də isə qadın ölüb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
23
unikal.az

10Mənbələr