ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Sözügedən səfər dünya ictimaiyyətində, o cümlədən Azərbaycan ictimai-siyasi sferasında da müzakirələ səbəb olub.
Bundan əvvəl isə o, Ermənistana səfər etmişdi.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.
Bu cür bir sənədin imzalanması hər iki ölkənin həm də strateji yaxınlaşmasından xəbər verir.
O cümlədən ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər.
Bəs maraqlıdır, bu cür bir yaxınlaşma uzun zamandan bəri ABŞ-nin Azərbaycana səfir təyin etməməsi məsələsində dönüş yarada bilərmi?
Məsələ ilə bağlı Gununsesi.info-ya Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev danışıb.
O bildirib ki, ABŞ və Azərbaycan prezidentləri arasında səmimi və güvənli münasibət formalaşıb. Amma Tramp administrasiyasında ermənipərəst və xristian təəssübkeşliyindən çıxış edən çoxlu adam var.
O, həmçinin deyib:
“Onlar bu prosesi gecikdirirlər. ABŞ ilə münasibətlərin perspektivinə çox da inanmasam da, səfirin tezliklə təyin olunacağına inanıram”.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.