AZ

“MediHall Hospital”da estetik əməliyyat etdirən qadın öldü - RƏSMİ AÇIQLAMA

Şəxsin “MediHall Hospital”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək", məlumatda deyilir.

Seçilən
32
22
ucnoqta.az

10Mənbələr