AZ

ABŞ qırıcılarının “Axilles dabanı”

AzVision.az xəbər verir ki, Hollandiyanın müvəqqəti hökumətinin müdafiə məsələləri üzrə dövlət naziri Qeys Tuynmanın sözlərinə görə, ABŞ proqram təminatının yenilənməsini təsdiqləməsə, F-35-in proqram təminatı “iPhone” kimi sındırıla bilər. Nazir bu bəyanatla dəyəri yüz milyonlarla dollar olan təyyarələrə nəzarətlə bağlı müzakirələri yeni səviyyəyə qaldırıb.

BBB (BoerBurgerBeweging – Fermerlər və Vətəndaşlar Hərəkatı) partiyasını təmsil edən Qeys Tuynman Avropanın müdafiə hazırlıqları, ABŞ-nin dəstəyi olmadan mümkün Avropa müdafiə birliyi və F-35 döyüş təyyarələrinin Amerika proqram təminatından asılılığı barədə “Boekestijn & De Wijk” proqramı ilə bağlı öz hesablamalarını açıqlayıb.

NATO ilə Rusiya arasında genişmiqyaslı gərginlik potensialını müzakirə edən Tuynman bütün hazırlıqların 2028-ci ilin sonuna qədər tamamlanacağını bildirib. Dövlət naziri bu müddət ərzində Hollandiya arsenalına tankların, əlavə F-35-lərin, sifarişli “Tomahawk” raketlərinin və artilleriya sistemlərinin əlavə olunacağına ümid etdiyini söyləyib.

ABŞ-nin müttəfiq kimi geri çəkiləcəyi təqdirdə Hollandiyanın F-35 proqram təminatının yenilənməsi ilə bağlı problemlərlə qarşılaşa bilməsi barədə sualın cavabında Tuynman qeyd edib ki, onlar növbəti 1,5–2 il ərzində Norveç və Polşa ilə Avropa üçün nəzərdə tutulmuş həllər üzərində fəal şəkildə çalışacaqlar.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
29
1
azvision.az

2Mənbələr