AZ

Fövqəladə hallar naziri saxlanıldı - Bu ölkədə

Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Çtrikov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az TASS-a istinadə xəbər verir ki, o, vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir.

İstintaq orqanlarından bildirilib ki, saxlanılma əməliyyatı aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Hazırda hadisənin bütün təfərrüatları və mümkün qanun pozuntularının miqyası müəyyənləşdirilir.

Qeyd edək ki, Sergey Çtrikov 2020-ci ilin fevralından bu vəzifədə işləyirdi.

Seçilən
12
3
bakivaxti.az

4Mənbələr