Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şuşa şəhərciyi, “Nur” uşaq evindən çağırış qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə fevralın 14-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən “Nur” uşaq evində qeydə alınıb. 2024-cü il təvəllüdlü Ömür Zeyniyev qızılca xəstəliyindən ölüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.