ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Baş naziri Benyamin Netanyahu dünya miqyasındakı yəhudilərə "döyüşün" çağırışı edərək, "meydanda döyüşdükdən sonra media və rəqəmsal dünyada da müharibə aparacaqlarını" bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Qərbi Qüdsdəki Böyük Amerikan Yəhudi Təşkilatları Prezidentləri Konfransında çıxış edən Netanyahu Avstraliyada, Avropada, ABŞ-də və dünyanın digər bölgələrində öz güclərini göstərməli olduqlarını müdafiə edib.
Netanyahu başda ABŞ olmaqla dünyadakı yəhudi icmalarının "səssiz qalmamalı" və "müqavimət göstərməli" olduğunu irəli sürüb və bunu görüşdüyü gənc yəhudi tələbələrə də dediyini qeyd edib.
Bunun bütün yəhudilər üçün bir siyasət halına gəlməli olduğunu iddia edən Netanyahu bildirib ki, bir media müharibəsi olacaq:
“Rəqəmsal sahədə bir müharibə var. Birlikdə mübarizə aparacağıq. Döyüşün...".
Netanyahu meydandakı müharibədə uğur qazandıqlarını iddia edərək: "Bunu məlumat və ya dezinformasiya səviyyəsində də etməliyik", – deyə vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.