AZ

Üçüncü cəhd Cenevrədə nə müzakirə olunacaq?

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Ukrayna nümayəndə heyəti Cenevrəyə qatarla yola düşüb. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov özünün və nümayəndə heyətinin digər üzvlərinin şəklini paylaşaraq bildirib. Məlum olduğu kimi, 17-18 fevral tarixlərində Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların 3-cü mərhələsinin keçirilməsi planlaşdırılır.

Budanov paylaşımında yazıb: "Qarşıda növbəti danışıqlar mərhələsidir. Yol boyu həmkarlarımızla tariximizin dərslərini müzakirə edəcəyik və düzgün nəticələr çıxaracağıq. Ukraynanın maraqları qorunmalıdır".

Bu arada, Rusiyanın TASS xəbər agentliyi guya Qərb mənbələrinə istinadla xəbər verib ki, Cenevrə danışıqlarında enerji atəşkəsi müzakirə olunacaq.

İsveçrə üçtərəfli danışıqlar üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin təhlükəsiz keçidini təmin edəcək.

Rusiya qrupunun tərkibində ən azı 15 nəfər olacaq. Danışıqlarda xarici işlər nazirinin müavini Mixail Qaluzin də iştirak edəcək. Heyətə isə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu Amerika nümayəndə heyəti 17 fevral səhəri Cenevrədə İran tərəfi ilə görüşəcək. Daha sonra onlar Rusiya və Ukrayna nümayəndələri ilə üçtərəfli danışıqlarda iştirak edəcəklər.

Bu arada ABŞ-nin Moskvadakı keçmiş səfiri Maykl Makfol bəyan edib ki, Vladimir Medinskinin danışıqlar prosesinə yenidən qayıtması Kremlin Ukrayna ilə gələcək sülh danışıqlarında maraqlı olmadığını göstərir.

Doğrudan da, Medinski nəinki Ukraynada və Qərbdə, Rusiyanın özündə belə qeyri-ciddi fiqur sayılır. O, daha əvvəllər baş tutan görüşlərdə Ukrayna nümayəndə heyətinə “tarix dərsi keçmək” cəhdi ilə yadda qalıb. Odur ki, istər Rusiyanın Ukraynanın dinc şəhərlərinə, enerji infrastrukturuna zərbələrinin daha da çoxalması, istərsə də danışıqalra göndərdiyi nümayəndə heyətnin tərkibi Moskvanın sülhdə maraqlı olmadığını deməyə əsas verir. Bu isə o deməkdir ki, əksər müşahidəçilərin də qeyd etdiyi kimi, danışıqların Cenevredə nəzərdə tutulan 3-cü raundu da ciddi nəticə verməyəcək və müharibənin tezliklə bitməsi ehtimalı olduqca qaranlıq görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
hurriyyet.az

1Mənbələr