Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüar Tofiqoğlunun (Məmmədov)un qanunsuz həbsi ilə bağlı ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libbiyə (Mark Libby) müraciət olunub. “Hürriyyət”in baş direktoru Cəsur Məmmədov tərəfindən ünvanlanan müraciəti olduğu kimi təqdim edirdi:
“Cənab Səfir!
Mən, jurnalist və media rəhbəri Vüqar Məmmədovun qardaşı və “Hurriyyet TV”-nin Baş direktoru Cəsur Məmmədov, onun həbsi və “Hurriyyet TV”-nin fəaliyyətinin tam dayandırılması ilə bağlı yaranmış ağır vəziyyətlə əlaqədar dərin narahatlıq hissi ilə Sizə müraciət edirəm.
“Hurriyyet TV” və “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış və müstəqil jurnalistikanı susdurmağa yönəlmiş, siyasi motivli hesab etdiyimiz cinayət ittihamları ilə təqsirləndirilmişdir. İstintaqın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparıldığı bildirilir və hazırda o, həmin qurumun nəzarətində olan təcridxanada saxlanılır.
Vüqar Məmmədovun həbsi “Hurriyyet TV” üçün fəlakətli nəticələr doğurmuşdur. Televiziya kanalının fəaliyyəti tamamilə dayandırılmış, redaksiya ofisi hələ də möhürlü qalır, yayım avadanlıqları müsadirə edilmiş, onlarla jurnalist və əməkdaş işsiz qalmışdır. Bu şəxslər və onların ailələri hazırda ciddi maliyyə çətinlikləri və qeyri-müəyyənliklə üz-üzədirlər.
ABŞ-ın vitse-prezidenti cənab C.D.Vensin Azərbaycana son səfəri vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələri arasında ümid yaratmışdır ki, Amerika Birləşmiş Ştatları ölkəmizdə söz azadlığına, demokratik dəyərlərə və hüququn aliliyinə dəstəyini daha da gücləndirəcəkdir.
Bu kontekstdə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyindən Vüqar Məmmədovun işini yaxından izləməyi, onun dərhal azadlığa buraxılması üçün çağırış etməyi və “Hurriyyet TV”-nin fəaliyyətinin bərpa olunmasına dəstək göstərməyi xahiş edirəm”.
“Hürriyyət”
.jpg)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.