AZ

Netanyahunun ofisində bomba həyəcanı yaşanıb

Şübhəli bir bağlama səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahunun Qərbi Qüdsdəki ofisinə bomba zərərsizləşdirmə qrupları göndərilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İsrailin "Maariv" qəzetinin məlumat yayıb.

Hesabatda bildirilir ki, şübhəli bağlama ilə bağlı məlumat alındıqdan sonra məhkəmə-tibbi ekspertizası və bomba zərərsizləşdirmə mütəxəssisləri Netanyahunun Qərbi Qüdsdəki ofisinə göndərilib. Vəziyyəti nəzarət altına alıblar.

Həmçinin, Netanyahunun iqamətgahının yerləşdiyi şimal şəhəri olan Qeysəriyyədə bu gün polis, İsrail ordusu, yanğınsöndürmə xidmətləri və "Davudun Qırmızı Ulduzu" bölmələrinin iştirakı ilə genişmiqyaslı təcili təlim keçiriləcəyi bildirilib.

Təlim zamanı bölgədə təhlükəsizlik qüvvələrinin, təcili yardım maşınlarının, helikopterlərin və pilotsuz uçuş aparatlarının intensiv fəaliyyəti olacaq.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
65
2
missiya.az

3Mənbələr